"Rəqibin kimliyinin bizim üçün elə də böyük önəmi yoxdur": Nurlan İbrahimov - ÖZƏL

“Bir müddətdir ki, Bakıda təlim-məşq toplanışı keçirik, hər şey qaydasındadır".

Metbuat.az –a açıqlamasında bu sözləri “Qarabağ” FK-ın mətbuat katibi Nurlan İbrahimov söyləyib. “Qarabağ”ın ÇL-ın təsnifat mərhələsi oyunlarına hansı səviyyədə hazır olmağına isə İbrahimov belə cavab verib:

“Sabah Avstriyaya yola düşəcəyik və orada daha təkmil təlim-məşq toplanışı keçəcəyik. Bir sıra komandalarla yoldaşlıq görüşlərində gücümüzü yoxlayacağıq ki, bu da bizim təsnifat mərhələsinə qədər daha yaxşı forma yığmağımıza, hazırlığımızı ən yüksək səviyyədə başa vurmağa kömək edəcək”.

ÇL-da qarşılaşa biləkləri ehtimal edilən komandalardan və kollektivə yeni qoşulacaq futbolçudan söz açan mətbuat katibi bunları əlavə edib. “ İspaniya Sequndasında “Kordoba”nın heyətində mübarizə aparan Romero Rodriqeslə danışıqlar aparırıq. O, bizim Avstriyadakı toplanışımıza qoşulacaq. Və son qərar ondan sonra veriləcək. Meydanda sağ və sol cinahlarda oynamağı bacaran hücuma meyilli futbolçudur. ÇL-ın təsnifat mərhələsinə gəlincə isə burada kiminlə qarşılaşacağımız haqqında düşünmürük. Arzu etdiyimiz hansısa bir komanda və ya qorxduğumuz kollektiv yoxdu. Hər şey meydanda həll olunacaq. Futboldur. Elə olur ki, hansısa komanda ilə oyununun alınacağını düşündüyün halda qarşılaşmanı uduzursan və ya əksinə. Belə ki, rəqibin kimliyinin bizim üçün önəmi yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR