Sirk tamaşasında baş verən dəhşətli anlar kameralara əks olundu -VİDEO

Rusiyada bir sirk tamaşasında dəvənin üzərində tamaşaçıları salamlayan qadın təlimçi heyvanın ani hərəkətləri nəticəsində yerə yıxılaraq yaralanıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, hadisə Rusiyanın Bryansk bölgəsində yerləşən Klimovo şəhərində baş verib. Tamaşaçılardan birinin qeyd etdiyi görüntülərdə bir dəvə və üzərindəki təlimçinin səhnədə yer aldığı görülür. Dəvənin üzərindəki qadın tamaşaçıları salamlayaraq səhnədə tur atır. daha sonra dəvənin ani hərəkəti ilə qadın yerə yıxılır. Digər təlimçi dəvəni sakitləşdirir, kulisdən gələn bir nəfər isə yerdəki qadını kulisə aparır.

Kulisdə qolu qırıldığı müəyyən olunan qadın təlimçi xəstəxanaya yerləşdirilib.


https://metbuat.az/news/1209019/gorenler-gozlerine-inana-bilmedi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR