Neandertal genlərini oğurladıq

Neandertal genlərini oğurladıq
19:22 17 İyun 2019
Ölkə mətbuatı
A- A+

Yeni bir tədqiqatın nəticələrinə görə neandertallar avropalılardan çox, şərqi asiyalıların genomlarına qatqı təmin ediblər. Bu gen dəstləri orqanizmin UV şüalarına və xərçəng şişinə qarşı müqavimətini artırmağa yardım edir. İnsanlar kimi neandertallar və denisovalar da Afrikada təkamülləşmişdir, lakin bizdən daha tez Avrasiyaya köç etmişdirlər. Neandertallar və denisovaların genom oxunması layihələrindən aydın oldu ki, bu növlər daha sonralar müasir insanlarla Avrasiyada qarışmışdırlar. Bu səbəbdən müasir insan DNT-lərində digər qohumlara aid 1-4% genlərə rast gəlinir. Xüsusilə vurğulamaq olar ki, müasir insanlar neandertallar və denosivalardan immun sistemi işinə cavabdeh olan genləri almışdırlar.
 
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Molecular Biology and Evolution jurnalında yayımlanan məlumata görə, Şanxayda yerləşən Fudan Universitetindən (Çin) olan Li Jin və həmkarları müasir insan genomunu neandertal və denisovalarınki ilə müqayisə etmək qərarına gəldilər. Nəticədə "neandertallardan qalmış miras" hesab edilən, 18 gendən ibarət olan 3-cü xromosom regionunu aşkar etdilər. Bu genlərdən bəziləri orqanizmin B tipli UV şüalanması, ondaki hialuron turşusu mübadiləsi və xərçəng şişləri artımının yatırılması reaksiyalarına cavabdehdir. Nəticələrdən biri göstərdi ki, bu gen dəstləri şərqi asiyalıların genomlarına əlavə olunduqda köklü amerikalılar hələ onlardan ayrılmamışdı (15-20 min il əvvəl). Avrasiya ərazisində bu genlərə yapon genomlarının 49%, şərqi çinlilərin isə 65%-ndə rast gəlinir, Avropa və cənubi Asiyada isə bu hal yalnız şərqi Asiya yerliləri ilə nadir qarışmalarda baş verir. Alimlər qeyd edirlər ki, apardıqları tədqiqat neandertallardan müasir şərqi asiyalılara gen ötürüldüyünü və onların avropalılardan daha çox şərqi asiyalılara yaxın olduğunu təsdiq edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR