Azərbaycan Ukraynadan 5 mln. dollarlıq dondurulmuş mal əti idxal edib

Azərbaycan Ukraynadan 5 mln. dollarlıq dondurulmuş mal əti idxal edib
19:27 17 İyun 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cari ilin ilk beş ayı ərzində Ukraynadan 1,91 min ton və ya 5,8 milyon dollar məbləğində dondurulmuş mal əti idxal edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidməti məlumat yayıb.
Bildirilir ki, Ukrayna hesabat dövründə xaricə ümumilikdə 7,48 min ton və ya 22,7 mln. dollar məbləğində dondurulmuş iribuynuzlu heyvan əti ixrac edib.
Əsas tədarük istiqamətləri:
Qazaxıstan - 2,67 min ton və ya 8,1 mln. dollar;
Azərbaycan - 1,91 min ton və ya 5,8 mln. dollar;
Belarus - 1,24 min ton və ya 3,8 mln. dollar;
Digərləri - 1,65 min ton və ya 5 mln. dollar.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-ukraynadan-iki-ton-dondurulmus-mal-eti-idxal-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR