İran uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək

İran uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək
19:37 17 İyun 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

İranın atom enerji təşkilatının sözçüsü bazar ertəsi bildirib ki, onun ölkəsi bir azdan 2015-ci ildə beynəlxalq razılaşmaya əsasən uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, dövlət televiziyasında müxbirlərin suallarını cavablandıran Behruz Kamalvəndi deyib ki, iyunun 27-dək ehtiyatlar 300 kiloqramdan daha çox olacaq.

Lakin o deyib ki, əgər ABŞ-ın İranın neft sənayesinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün əldə edilən razılığa imza atan digər ölkələrdən kömək edilərsə, İran uran zənginləşdirmə məhdudiyyətini razılaşdırılmış səviyyəyə endirməyi nəzərdən keçirəcək.

Müttəfiqlərin nüvə silahı istehsalı barədə narahatlıqları səbəbindən 2015-ci ildə əldə edilmiş razılığa əsasən İran nüvə proqramını məhdudlaşdırıb. Bunun qarşılığında İran iqtisadiyyatına ciddi zərər vuran iqtisadi sanksiyalardan yaxa qurtara bilib.

Ötən il isə ABŞ razılıqdan çıxıb və bununla Britaniya, Çin, Fransa, RusiyaAlmaniyanı İranla razılığı qüvvədə saxlamaq kimi çətinlik qarşısında qoyub.

İran digər ölkələri ona kömək etmək üçün kifayət qədər iş görməməkdə təqsirləndirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR