Kürdəmirdə "Ziko" ləqəbli məşhur oğru saxlanıldı

Kürdəmirdə "Ziko" ləqəbli məşhur oğru saxlanıldı
19:43 17 İyun 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda dəfələrlə məhkum olunmuş "Ziko" ləqəbli məşhur oğru tutulub.

Publika.az "Report"a istinadən xəbər verir ki, Kürdəmir RPŞ-nin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Kürdəmir şəhər sakini "ZİKO" ləqəbli 34 yaşlı Şıxaliyev Ziyad Xasay oğlu saxlanılıb.

Beləki Kürdəmir rayon sakini Səlimov Səbuhi Ağasəlim oğlu Kürdəmir RPŞ ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında olan anbardan ona məxsus avtomobil ehtiyyat hissələrinin oğurlandığını bildirmişdi. Həmçinin Kürdəmir şəhər qəbiristanlığından Məhərrəm İbrahumova məxsus bir ədəd su çəninin və bununla yanaşı Kürdəmir rayon telekommunikasiya qovşağına məxsus 4 ədəd kabel kanalizasiya qapaqlarını oğurlanmışdır. Kürdəmir RPŞ-nin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadiaəni törədən əvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Ziyad Şıxaliyevdir. Hadisəni törətmiş şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilmişdi. İbtidai istintaq zamanı məlum olmuşdur ki,Ziyad Şıxalıyev qeyd olunan cinayətlə yanaşı daha iki oğurluq hadisəsidə törətmişdir.

Faktla bağlı ARCM-nin 177-ci maddəsilə cinayət işi açılıb istintaq aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/282114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR