Bəlkə də heç vaxt həll edə bilməyəcəyimiz 8 böyük fəlsəfi sual

Bəlkə də heç vaxt həll edə bilməyəcəyimiz 8 böyük fəlsəfi sual
19:47 17 İyun 2019
Ölkə mətbuatı
A- A+

Fəlsəfə, dəqiq elmlərin gedə bilməyəcəyi və ya getməyəcəyi yerlərə çata bilməkdədir. Elm adamlarının əksinə fiolosofların, riyaziyyatdan əxlaqa qədər demək olar hər mövzu haqqında spekulyasiya etmə hakları var. Bu, fəlsəfənin qaydasız və metodsuz olduğu anlamına gəlmir əlbətdəki. Çox qatı məntiq qaydaları çərçivəsində, "müdriklik eşqi" ilə düşünməyi tələb edən bir işdir fəlsəfə.

Ancaq fundamental elmlərin hədəf yönümlülüyünü, isbat gücünü və etibarlılığını qazandıran təcrübi və bacardığı qədər material yanaşması üsulu fəlsəfə üçün bir sərhəd təşkil etmir. Bu da, filosofların varoluşun bəzi sadə sualları haqda çox daha təməl amma azad bir şəkildə baş sındıra biləcəyi və bunlardan bəlkə də bir qisminin, bu çətin sualların bəzilərinə işıq tuta biləcəyi anlamına gəlir.

Pis xəbər isə budur ki, fəlsəfəçilərin çatdığı nöqtələr bəlkə də hər zaman elmin və ağlın sərhədlərinin çox kənarında qalacaq. Aşağıda bu şəkildə sonsuza qədər kölgədə qalmaq potensialı olan 8 sualla sizi baş-başa buraxacağıq. Bu suallarla əlaqəli cildlər dolu məqalə və kitab yazıldığını xatırlatmaq istərdik. Yəni burada hər bir sualın mübahisəli detallarına enməyimiz mümküd deyil. Ancaq məqsədimiz, sizi bəlkə də eşitməmiş ola biləcəyiniz bir neçə perspektiv və yeni terminlə tanış edərək fəlsəfənin o sahələrinə maraq göstərməyinizə təşfiq etməkdir.

Sözü uzatmadan siyahımıza keçək:

1. Niyə "heçbir şey" yerinə "bir şey" var?

Kainatdakı varlığımız sözlərlə izah edilə bilməyəcək qədər qəribə bir hadisədir. Gündəlik həyatımızın adiliyi, varlığımıza qarşı vecsizləşməyimizə səbəb olur. Ancaq arabir də olsa, bu rahatlıqdan sıyrılaraq varoluşumuzun dərinliklərinə doğru irəliləyib bu sualları veririk: Niyə kainatda "bir şey" var və niyə belə zərif və həssas qüvvələr tərəfindən idarə edilir? Və həm də niyə bir şey var olmaq məcburiyyətindədir? Yaşadığımız kainat spiral qalaktikalar, qütb parıltıları, xırda diatomlar və viruslar, ağıllı insanlar, ağıl almaz sayda qayaya bənzəyən planetlər, təmbəl heyvanlarla doludur. Fizik Sean Carroll-un dediyinə görə:

"Müasir fizikaya aid heçbir şey, niyə başqa qüvvələr yerinə hal-hazırki qüvvələrə sahib olduğumuzu açıqlamır. Buna baxmayaraq, fiziklər, sanki beləymiş kimi danışırlar. Əgər filosofları daha çox diqqətə alsaydılar bu xətalara düşməzdilər"

Filosofların bu mövzuda bir çox fikri var. Ağıla ilk gələn, təbii ki, "antropoloji prinsip"dir. Kainat, müşahidəçilər olaraq biz insanlar var ola bilək deyə bu şəkildədir. Ancaq bu çox da qanedici bir fikir deyil. Çünki, kainatın böyüklüyünün yanında insanların varlığı önəmsənməyəcək qədər kiçikdir. Hətta Yer varolmasaydı da kainat heçbir şey olmamış kimi öz varlığını davam etdirəcəkdi. Hətta və hətta 4,5 milyar ildən əvvəlki 9 milyard illik periodda Yer mövcud deyildi! Bu halda başqa müşahidəçilər də var? Müşahidəçilər niyə bu qədər dəyərlidir? Kainatın təməlində şüur qavramı gizlənir? Kainat başlamamışdan əvvəl bizim var olmağımız üçün başlaması gərəkdiyini haradan bilirdi? Bu və bunun kimi bir çox sual meydana gəlir.

Həmçinin antropoloji prinsip çox totolojikdir, yəni özü-özünü təkrar edən bir argumentdir. Kainat, biz var ola bilək deyə var oldu, beləliklə biz var olduq, beləliklə kainatın niyə var ola biləcəyi sualını verdik və cavab olaraq da bizim var olmağımız üçün var olduğunu iddia edirik. Fəlsəfəçilərin bu tipli döngüsəl iddialardan heç xoşları gəlmir.

2. Kainatımızın gerçəkdir?

Bu klassik bir Kartezian sualıdır. Əslində isə bu nəzərdə tutulur: Ətrafımızda gördüyümüz şeylərin gerçək olduğunu necə bilirik? Bütün bunlar, görünməyən bir gücün bizə yaşatdığı böyük bir illuziya deyil ki (Rene Dekartın "pis şeytan" hipotezi kimi)?

Son dövrlərdə bu sual "çəlləkdəki beyin" probleminə və ya "Simulyasiya Argumenti"nə təkamülləşdi. Doğrusu, həqiqətən də diqqətlə hazırlanmış bir simulyasiyanın məhsulları ola bilərik. Buna görə də, soruşulması lazım olan daha dərin bir sual, bizim içində olduğumuz simulyasiyanı idarə edən mədəniyyətin də bir növ başqa bir simulasiyanın içərisində olub olmamasıdır. Bir növ, superkompyuterin içərisindəki başqa bir superkompyuter olmaq kimi (ya da yuxu içərisində yuxu kimi, simulyasiya içində simulyasiyada olmaq vəziyyəti).Hətta, düşündüyümüz şəxs də olmaya bilərik. Simulyasiyanı idarə edən insanların da simulyasiyanın içində yer aldığını hesab etsək, təcrübənin həqiqilik dərəcəsini yüksəltmək üçün real şəxsiyyətlərimiz müvəqqəti olaraq ləğv edilmiş ola bilər.

Bu fəlsəfi düşüncə bizi həmçinin "gerçək" deyəndə nəyi nəzərdə tutduğumuzu da dəyərləndirməyə məcbur edir. Təcrübə etdiyimiz şeylərdirmi "gerçək", yoxsa bizdən tamamilə asılı olmayan bir əşyalar və faktlar toplusumudur gerçək dediyimiz şey? Bu suallara cavab olaraq, "modal gerçəkliklər" adı verilən bir fəlsəfə istiqaməti, əgər ətrafımızdakı kainat (xəyal kimi, tutarsız və qanunsuz olaraq deyil) rasional kimi görünürsə, bu halda kainatı gerçək və özünəməxsus olaraq qəbul etməkdən başqa bir seçimimiz olmadığını irəli sürürlər. Çünki bütün alternativlər, bizi daha çox irəliləyə bilməyəcəyimiz bir çıxmaz yola aparır sanki. Kainatın gerçək olub olmadığında həmfikir olamadan, onun qanunları və işləmə prinsipinə dair necə düşüncələr silsiləsi yarada bilərik ki?

Və ya bəlkə də, "Matrix" filimində Cipher-in simuyasiya edilmiş bir parça əti yedikdən sonra dediyi kimi: "Cəhalət xöşbəxtlikdir."

3. Azad iradəmiz var mı?

Hərəkətlərimiz, əvvəlki hadisələrin yaratdığı bir "səbəb-nəticə zənciri" tərəfindən mi (ya da kənar bir təsir tərəfindən mi) idarə edilir, yoxsa həqiqətən azad iradəmizlə mi qərar veririk? Buna "determinizm (bəlirliçilik) dilemması" deyilir.

Filosoflar (və onların bir uzantısı olaraq bəzi elm adamları), bu mövzunu min ildir ki, müzakirə edirlər və ortada hələ də gözə çarpan bir nəticə yoxdur. Əgər verdiyimiz qərarlar bir səbəb-nəticə zənciri tərəfindən təyin edilirsə, bu halda determinizm doğrudur və iradəmiz mövcud deyil. Amma əgər bunun tam tərsi olan indeterminizm (bilinməzçilik) doğrudursa, o zaman bəziləri hələ də azad iradənin olmadığnı iddia etsə də hərəkətlərimizin tamamilə təsadüfidir.

Digər bir tərəfdən liberallar (xeyr, "siyasi liberalları" nəzərdə tutmuruq), azad iradənin, kainatın deterministik halı ilə ağla yatqın bir şəkildə nizamlı olduğu düşüncəsi olan "nizamçılıq (compatibilism)" məsələsini ortaya atdılar. Bu sualı daha da qarşıq hala gətirən neyrologiyadakı irəliləmələr, beynimizin biz hələ fərqdinə varmandan qərarlar aldığını göstərir. Ancaq əgər azad iradəmiz yoxdursa bu halda niyə "zombi zehinlər" yerinə şüur təmakülləşdi? Kvant mexanikası, bu sualı hamımızın bir ehtimallar kainatında yaşadığımızı və hərhansı bir determinizmin mümkün olmadığını irəli sürərək daha da qarışıq hala salır. Linas Vepstas belə deyir:

"Şüur, zaman axışı hissinə yaxından və qaçınılmaz bir şəkildə bağlı kimi görünür. Baxdığımız zaman həqiqətən də belədir, keçmişin sabit olması, dəyişdirilə bilməməsi, qüsursuz bir şəkildə deterministik olması düşüncəsi və digər yandan gələcəyin bilinə bilməzliyi... Bu məntiqlidir, çünki əgər gələcək öncədən təyin edilmiş olsa idi, o zaman azad iradə olmazdı və buna bağlı olaraq da zaman axışı mübahisəsinə gərək qalmazdı."

4. Tanrı var mı?

Sadə dillə desək, tanrının var olub olmadığını bilə bilmərik. Bu anlamda, həm ateistlər gəm də teistlət (inanclılar) müdafiə etdikləri şeydə haqsızdırlar. Bilinməzçilər (aqnostiklər) isə haqlıdırlar.

Həqiqi aqnostiklər, bu məsələni özü ilə gətirdiyi episdemoloji (bilgi fəlsəfəsi) məsələləri və insan ağılının sərhədlərini qəbul edərək tam bir Kateziyaçı (Dekart fəlsəfəsi ilə əlaqəlidir) yanaşması sərgiləyirlər. Təbiətin reallığı və ya arxaplanda bir yerdə bir tanrının var olub olmadığı haqqında bu cür böyük bir iddia irəli sürmək üçün kainatın işləmə mexanizmi haqqındakı biliklərimiz hələ çox kasaddır.

Bir çox insan, kaninatın avtonom (özü-özünü təmin edən) bir formada işlədiyi fikri olan naturalizmə (təbiətçiliyə) inanır lakin, bu yanaşma bütün hər şeyi ümumi bir prosesdə birləşdirmiş bir ilahi yaradıcının varlığını inkar etmir (buna deizm deyirlər). Nəticədə bir yaradıcı, bir Kainat yaratdıqdan sonra onu öz "təbii" qanunları ilə baş-başa buraxmış ola bilər. Bəlkə işi çoxdur, kim bilir?

Digər bir yandan, tanrı qavramı hesab etdiyimiz kimi hər şeyə gücü çatan bir varlıq olmaq məcburiyyətində deyil. Əgər əvvəldə haqqında danışdığımız Simulyasiya Hipotezi doğrudursa, bizdən daha üstün, yəni bizə "tanrı kimi gələn" amma məhdud gücləri olan varlıqların yaratdıqları varlıqlar ola bilərik.

Ancaq dayanın... Birdən reallığın dərinliklərində bizim fərqində olmadığımız güclü varlıqların olduğunu deyən gnostiklər (bilinərlər) haqlı olsalar? Bu varlıqlar, hər şeyi bilən və hər şeyə gücü çatan ən-nənəvi səmavi tanrılar olmaq məcburiyyətində deyillər; amma yenə də yetəri qədər güclü varlıqlar ola bilərlər.

Görə biləcəyimiz kimi, tanrının varlığı mövzusu səmavi dinlər ilə ateistlər arasındakı dava çərçivəsində ilişib qalmamışdır. Bundan daha çoxu vardır və bu yanaşmaların heçbiri, eləcə, durduq yerdə inkişaf etdirilmiş fikirlər deyillər. Hər biri, ən azından bir digəri qədər fəlsəfi təməllərə sahibdir və ən azından üzərində düşünməyə layiqdirlər. Burada problem, insanların özlərinin doğru hesab etdiklərinin mütləq həqiqət olduğu illuziyasından qoparılmağa məcbur edilməsidir. Öz inanclarımızı mütləq həqiqətlər hesab etdiyimiz üçün, alternativlər üzərində baş sındırmaqda əziyyət çəkirik. Ancaq Aristotelin dediyi kimi:

"Bir fikri qəbul etmədən, onun üzərində düşünmək bacarığı bir ağılın işarəsidir"

5. Ölümdən sonra həyat var mı?

Hərkəs həyəcanlamadan əvvəl deyək ki, bu sonsuza qədər, yumuşaq ağ buludların üzərində arka çalacağımız ya da cəhənnəmin dərinliklərində kömür belləyəcəyimiz mənasına gəlmir. Yenə də bu sualın fəlsəfi təməlləri səmavi dinlərin xəyal gücünün çox uzağında ehtimallar saxlayır. Ölülərdən digər tərəfdə bir şey olub olmadığını soruşa bilmədiyimizə görə ölümdən sonra nə ola biləcəyinə dair heçbir fikrimiz yoxdur.

Materiyalistlər (maddəçilər) ölümdən sonra həyatın olmadığını düşünürlər. Ancaq bu, təbiidir ki, sübuta yetirilə bilməyən bir varsayımdır. Sübut oluna bilsəydi, hal-hazırda materializmin alternativi heç bir fikir olmazdı. İstər Nyuton və ya Eynşteynin baxışından istərsə də kvant mexanikasının qəribəliklərindən kainatın (və ya çoxlu kainatların) işləyiş tərzinə yaxında baxtığımızda, "həyat" deyilən şeydə tək bir şansımızın olduğuna inanmaq üçün bir səbəbimiz yoxdur. Bütün bu həyatların sonsuz bir döngü içərisində təkrar-təkrar yaşanacaq şəkildə kainatın bir dövriyyə halında olduğu ehtimalının və metafizikanın məsələsidir. Karl Saqan, "Kosmos"-da  bunu belə ifadə etmişdir:

"O (Kosmos), ya görə bildiyimiz qədərdir, ya hər zaman bundan ibarət olub, ya da hər zaman belə olacaq."

Hans Moravek, kvant fizikasının "Çoxlu kainatlar" yanaşması ilə əlaqəli etdiyi çıxışında belə deyərək bunu sözlərlə ən yaxşı şəkildə ifadə etmişdir:

"Kainatı müşahidə etmək imkansızdır. Hər hansı bu və ya digər həyat formasında özümüzü hər zaman canlı və kainatı müşahidə edənlər olaraq görməyə məcburuq."

Son dərəcə fantastik olan bu mövzu da, eynilə "Tanrı problemi" kimi hələ elm tərəfindən ələ alına bilmədiyinə görə iş filosofların üzərində qalır.

6. Bir şeyi həqiqətən də maddi olaraq təcrübədən keçirə bilərik?

Dünyanı maddi olaraq anlamaqla (ən azından çalışmaqla), onu yalnızca maddi bir çərçivədən təcrübə etmək arasında fərq vardır. Bu əlsində bir "qualiya" problemidir (Sənin qırmızı dediyin mənim üçün yaşıl ola bilər). Qısacası məsələ budur: Bildiyiniz, toxunduğunuz, gördüyünüz və qoxladığınız hər şey hansısa fizioloji və zehni proseslərdən keçərək filtrlənir. Bu isə kənar dünya anlayışımızı tamamilə subyektiv edir.

Klassik bir misalla desək, qırmızı rəngin subyektiv dəyərləndirilməsi insandan insana dəyişir. Bunu tam anlamı ilə təyin edə bilməyimizin yolu, eynilə "Con Malkoviç olmaq" filmindəki kimi, kainatı başqa bir insanın "şüurlu gözləridən" müşahidə edə bilməyimizdən keçir. Təbii ki, belə bir şeyi elmi və ya texnoloji inkişafımızın heç bir mərhələsində bacara bilməyəcəyik.

Bütün bunları başqa bir şəkildə belə ifadə edilə bilərik: Kainat, sadəcə bir beyin tərəfindən (ya da potensial bir mexaniki zehinlər [robotlar] tərəfindən) müşahidə edilə bilər və bunun sayəsində sadəcə fərdi olaraq şərh edilə bilər. Ancaq kainatın tutarlı və (hansısa formada) bilinəbilən kimi görünməsi, onun həqiqətən maddi təməlinin heçcür müşahidə oluna bilməyəcəyini və ya öyrənilə bilməyəcəyini hesab etməyi gərəkdirirmi?

Buddist fəlsəfənin demək olar ki, hamısının "boşluq" deyə adlandırdıqları bu təməl sərhəddə istinad edildiyini və bunun Platon-nun idealizminə tam bir anti-argument yaratdığını da vurğulamaq lazımdır.

7. Ən yaxşı əxlaq sistemi hansıdır?

Bəlkə də "doğru" və "yanlış" davranışlar arasındakı fərqləri heç vaxt ayırd edə bilməyəcəyik. Ancaq tarixin bu və ya digər bir mərhələsində filosoflar, ilahiyyatçılar və siyasətçilər insan davranışlarını ən yaxşı formada dəyərləndirməyin və ən doğru davranış formasını sərgiləməyin yolunu kəşf etdiklərini iddia etmişdirlər. Amma bunu etmək o qədər də asan deyil.

Həyat, bəşəri bir əxlaqın ya da mütləq etik qaydaların var ola bilməsi üçün çox dağınıq və qarmaşıqdır. "Qızıl qayda" (başqalarına, sizə necə davranılmasını istəyirsinizsə elə davranmalısınız qaydası) əladır ancaq, bu qayda əxlaqi fərdiyyəti pozur. Ədalətin tətbiq edilməsinə (günahkarları cəzalandırmaq kimi) imkan vermir və hətta zülmə belə icazə verə bilir (İmmanuel Kant bunun ən güclü tənqidçisi idi). Hətta, bu son dərəcədə sadələşdirilmiş praktik qayda daha qarışıq ssenarilərin ortaya çıxmasının qarşısını alır. Məsələn, çoxluğu xilas etmək üçün azlığı qurban vermək lazımdırmı? Kim daha əxlaqlıdır? Körpə uşaq yoxsa yetkin bir quyruqsuz meymun?

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, neyrobioloqların fikirlərinə görə əxlaq, sadəcə mədəniyyət içərisində kök salmış bir sistem deyil eyni zamanda psixologiyanın da bir parçasıdır (Vagon/Qatar problemi bunun ən böyük sübutudur). Qısası, doğru və yanlış qavramlarımızın zamanla dəyişəcəyini qəbul etməklə yanaşı əxlaq qavramının qayda qoyucu funksiya daşıdığını da deyə bilərik.

8. Rəqəmlər nədir?

Rəqəmlərdən hər gün istifadə edirik. Lakin, dayanıb bir fikirləşək: rəqəmlər həqiqətdə nədir və (Nyuton qanunları kimi) kainatı başa düşmə səylərimizdə niyə bu qədər müvəffəqiyyətlidirlər?

Riyazi strukturlar rəqəmlərdən, ardıcıllıqlardan, çoxluqlardan və nöqtələrdən ibarətdir ancaq bunlar həqiqi bir şeylərdirmi, yoxsa sadəcə bütün strukturlarda mütləq vacib olması lazım olan əlaqələri açıqlamaq üçün lazımdırlar? Platon (onları görmədiyimiz halda) rəqəmlərin gerçək olduqlarını müdafiə etmiş olsa da, formalistlər (formaçılar) rəqəmlərin sadəcə formal sistemlər (riyaziyyat; təməl alan dəqiq ifadə edilmiş mücərrət düşüncə hissələri) olduqları fikrində israr etmişdirlər.

Bu əslində, kainatın gerçək təbiətindən irəli gələn təəcüblü ontolojik bir problemdir. Kainat hansı tərəfləri ilə insan ağlının özlüyündə yaratdığı bir şey ola bilər və hansı tərəfləri ilə tam mənada realdır?

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR