İsraildə yaşayış məntəqəsinə Trampın adı verilib

İsraildə yaşayış məntəqəsinə Trampın adı verilib
19:47 17 İyun 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

"Trump" adında çoxmərtəbəli otellər, ofis binaları və qolf kurortları var. İndi isə Qolan təpəliklərində kiçik yəhudi Bruçim yaşayış məntəqəsinə də "Trump" adı verilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, həmin yaşayış məntəqəsində təxminən 10 nəfər yaşayır. İsrail Kabineti bu ad dəyişikliyini Donald Trampın İsrailin Qolan təpəlikləri üzərində suverenliyini tanıması şərəfinə edib. İsrail Qolan təpəliklərini 1967-ci ildə baş verən altı günlük müharibə zamanı Suriyadan zəbt edib, 1982-ci ildə isə öz ərazisinə birləşdirib.

"Qolan təpəlikləri hər zaman bizim ölkəmizin ayrılmaz hissəsi olub və olacaq" - deyə, baş nazir Benyamin Netanyahu bazar günü bildirib.

İsrail rəsmiləri ümid edir ki, yaşayış məntəqəsini Tramp təpəlikləri adlandırmaq Qolan təpəliklərində yeni inkişafa gətirib çıxaracaq.

Cümə günü 73-cü doğum gününü qeyd edən Tramp: "Baş nazir Netanyahu və İsrail dövləti, bu şərəfə görə təşəkkürlər"- deyə, tvit atıb.

Lakin müxalifət qanunvericisi Zvi Hauser əraziyə Trampın adının verilməsini ucuz piar adlandırıb.

"Bunun üçün nə maliyyə, nə planlaşdırma, nə də məkan var" , o deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR