Dünyanın “ən allahsız” şəhərləri hansılardır?

Dünyanın “ən allahsız” şəhərləri hansılardır?
19:52 17 İyun 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Elm adamlarının fikrincə, ateistlər əsasən şəhərlərdə yaşayırlar.

Biopsixoloq Naycel Barber ateistlərin aqrar bölgələrdə deyil, əsasən şəhərlərdə yaşadığını deyir. Çünki şəhər iqtisadi baxımdan daha çox inkişaf edib və burada yaşayanlar dinə daha az ehtiyac duyurlar. Alim güman edir ki, 2038-ci ildə əksər ölkələrdə 50%-dən də az insan dinin vacib olduğuna inanacaq, qeyri-dindarların sayı kəskin artacaq.

Bəzi ölkələr artıq bu xətti keçiblər.

Milli.Az bilge.az-a istinadən bildirir ki, 2015-ci ildə "Gallup"un Çində keçirdiyi sorğudan sonra məlum olub ki, Çin dünyada ən az dindar əhalisi olan ölkədir, burada "ateist olduqlarını" deyənlərin sayı 61% olmaqla, rekord həddədir. Qeyri-dindar əhali siyahısında Çindən sonra 31%-lə Yaponiya, 30%-lə Çex Respublikası gəlir. Sorğulara əsasən Qərbi Avropa ən az dindar coğrafiyadır, burada əhalinin 51%-i ya dindar deyil, ya da birmənalı şəkildə ateistdir. Bu cür sorğularda xüsusilə Skandinaviya ölkələri seçilir, İsveç, DanimarkaNorveç ən böyük qeyri-dindar əhaliyə sahib ölkələrdir.

Şəhərlərdə vəziyyət necədir?

Berlin "Avropanın ateist paytaxtı" hesab edilir, belə ki, berlinlinlərin 60%-i özlərini hansısa dinə aid etmirlər.

Böyük Britaniyada Norviç şəhəri qeyri-dindarlığı ilə seçilir, burada əhalinin 41%-i özünü hansısa dinə aid etmir.

2016-cı ilə ABŞ-da keçirilən sorğular zamanı Portlend, Syetl və San-Fransiskonun Amerikanın ən qeyri-dindar şəhərləri olduğu məlum olub, burada əhalinin 37%-i hansısa dinə qulluq etmədiklərini deyiblər.

Bəs dünyadakı ən qeyri-dindar şəhər hansıdır? Araşdırmalar belə deməyə əsas verir ki, Çinin ən böyük şəhəri olan Şanxay dünyanın ən qeyri-dindar insan mərkəzidir. 24 milyon əhalisi olan şəhər sakinlərinin 86,9%-i özlərini hansısa dinlə əlaqələndirmədiklərini deyiblər. Bu, 21 milyon ateist deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/762647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR