"Qrizmannla danışıq aparmırıq" - "Barselona"nın prezidenti

"Barselona"nın prezidenti Jozep Bartomeu "Atletiko"dan ayrıldığını açıqlayan Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Metbuat.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, yayılan məlumatları təkzib edib. Bartomeu daha çox əvəzedici komandadakı futbolçulara diqqət ayıracaqlarını söyləyib:

"Əvvəl də dediyimiz kimi, Qrizmannla danışıq aparmırıq. Ona görə də nəyisə elan etməyə ehtiyac yoxdur. Görək, yaxın vaxtlarda transfer bazarında vəziyyət necə olacaq. Klubu mümkün sanksiyalardan qorumalıyıq. Qarşıda iyun, iyul, avqust ayları var. Öz strategiyamızı həyata keçiririk. Həmçinin B komandasındakı futbolçularımızı da izləyirik. Onların bəzilərinin əsas komandaya düşmək imkanı olacaq".

Qeyd edək ki, Qrizmann bir müddət öncə karyerasını "Barselona"da davam etdirəcəyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR