"Hətta Tonqa millisi də Argentinanı udar" - Maradona

"Hətta Tonqa millisi də Argentinanı udar"  - Maradona
21:05 17 İyun 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona millinin Amerika kubokunda Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis yığma üzvlərini sərt tənqid edib:

"Bilirsiniz, hətta Tonqa millisi də Argentinanı uda bilər. Biz bu komandaya imic qazandırmışıq. İndiki futbolçular isə bunu xərcləyirlər. Onlar millinin formasını öz anaları kimi bilməlidirlər".

Qeyd edək ki, Tonqa Krallığı Okeaniyada yerləşir. 103252 əhalisi olan ölkə FİFA reytinqində 206-cı pillədə yer alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/763818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR