Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb

Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb
21:07 17 İyun 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərinin Gülüstan qəsəbəsində ev yanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə qəsəbədə məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, 1941-ci il təvəllüdlü Köçəri Nəriman oğlu Ağalarovaya məxsus evdə baş verib.
Nəticədə ümümi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və evin tavanının 10 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhərindən ümumilikdə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb. Yanğını ev sahibinin ruhi xəstəlikdən əziyyət çəkən oğlu C.Ağalarovun törətdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-ruhi-xeste-yasadigi-evi-yandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR