"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" - prezident

"Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib" - prezident
21:37 17 İyun 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

PSJ  prezidenti Nasser Əl-Xəlafi komandanın futbolçuları Neymar və Killian Mbappe haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, braziliyalı hücumçu barədə bunları deyib: "Oyunçularımızın əvvəlkindən daha çox məsuliyyət hiss etməlidir. Bu formanı geyinməkdən qürur duymaqlarını istəyirəm. Burada oynamaq istəməyənə  qapı açıqdır. Heç kim Neymarı PSJ-yə gəlməyə məcbur etməyib. 2022-ci ilə qədər müqaviləsi var. Müqaviləsinə hörmət etməlidir. O, öz istəyi ilə müqavilə imzalayıb".

Qətərli rəhbər Mbappenin isə Paris təmsilçisində qalacağını söyləyib: "Bu çılğın oyunçunun klubdan getməyinə icazə verməyəcəm. Mbappe də burada qalmaq istəyir".

Qeyd edək ki, PSJ-nin Neymarı satmağa hazır olduğu iddia olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/763821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR