XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
21:52 17 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Müdafiə Nazirliyinin işğal altında olan Dağlıq Qarabağ regionunda 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiklərinə dair bəyanatına münasibət bildirib.
"Report" xəbər verir ki, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətinlik çəkdiyini deyib:
"Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.
Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq".


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/xi-n-ermenistan-rehberliyinin-mentiqini-anlamaq-cetindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR