Ələt-Astara yolunda avtobus aşıb, 3 Banqladeş vətəndaşı ölüb

Ələt-Astara yolunda avtobus aşıb, 3 Banqladeş vətəndaşı ölüb
22:32 17 İyun 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.
"Report" xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.
Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:
1983-cü il təvəllüdlü Məhəmməd Ərşad
1979-cu il təvəllüdlü Zahangir Alam
1987-ci il təvəllüdlü Ruhul Amin
1990-cı il təvəllüdlü Hüseyn Muhasib
1997-ci il təvəllüdlü Vetri Çelvin
1977-ci il təvəllüdlü Məhəmməd Muxtar
1979-cu il təvəllüdlü İslam Məcdun
1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)
Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/elet-astara-yolunda-avtobus-asib-3-banqlades-vetendasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR