Zaqatalada iki "Mercedes" toqquşub, xəsarət alanlar var

Zaqatalada iki "Mercedes" toqquşub, xəsarət alanlar var
22:47 17 İyun 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində iki "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı xəsarət alan rayonun Çobankol kənd sakini 1984-cü il təvəllüdlü Orxan Əlixan oğlu Nurlayev və Kebeloba kənd sakini 1982-ci il təvəllüdlü Tərlan Osman oğlu Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralıların müayinəsi aparılır.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/763835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR