Masallıda maşın yoldan çıxaraq aşıb, 4 nəfər yaralanıb

Masallıda maşın yoldan çıxaraq aşıb, 4 nəfər yaralanıb
23:12 17 İyun 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Masallı-Yardımlı yolunun Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, 1981-ci il təvəllüdlü Masallı rayonu Dadoba kənd sakini Sadıqov Bəhruz Nadir oğlu idarə etdiyi "Mercedes" markalı, "10-MT-517" dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
Baş verən qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masallida-masin-yoldan-cixaraq-asib-4-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR