Pompeo: ABŞ İranla müharibə istəmir, diplomatiyanı davam etdirir

Pompeo: ABŞ İranla müharibə istəmir, diplomatiyanı davam etdirir
23:27 17 İyun 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranın iki tankerə hücuma görə məsuliyyət daşıdığını heç bir səhfə yol vermədən iddia etmək mümkün olsa da, Birləşmiş Ştatlar İranla müharibə istəmir. Bununla belə, Pompeo Vaşinqtonun mühüm regionlarda su nəqliyyatının azad hərəkətinin təmin edilməsi əzmində olduğunu xüsusi vurğulayıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Foc tele kanalına müsahibəsində ABŞ dövlət katibi prezident Donald Trampın "müharibəyə yol verməmək üçün əlindən gələni etdiyini" deyib.

"Biz müharibə istəmirik", Pompeo bildirib. Lakin o eyni zamanda əlavə edib ki, Vaşinqton gəmiçilik üçün mühüm regionlarda su nəqliyyatının azadlığını təmin etmək niyyətindədir.

"Birləşmiş Ştatlar bu məqsədə nail olmaq üçün diplomatik və digər bütün lazımi tədbirlərin görüldüyünün təmin edilməsinə çalışır" - deyə, ABŞ dövlət katibi bildirib.
ABŞ və İran arasında gərginliklər prezident Donald Tramp administrasiyasının keçən həftənin cümə axşamı günü mühüm neft nəqliyyat yolu olan Oman körfəzində iki tankerə qarşı hücuma görə İranı günahlandırmasından sonra daha da artıb. İran hadisədə hər hansı rolu olduğunu rədd edib.

"Kəşfiyyat icmasında çox sayda informasiya, çox dəlil var. Dünya bunun böyük hissəsini görəcək", dövlət katibi vəzifəsindən əvvəl Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri olmuş Pompeo bildirib.

Birləşmiş Ştatlar keçən ay İranı Birləşmiş Ərəb Əmirlikləri sahillərində dörd neftr tankerinə hücum etməkdə günahlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR