YAÇ-2019: İki yunan-Roma güləşçimiz finalda

YAÇ-2019: İki yunan-Roma güləşçimiz finalda
01:50 18 İyun 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb.

Nihad Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihad prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb.

Xasay Həsənli qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilkgörüşdə macar rəqibini vaxtından əvvəl məyus edib. Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Həsənli bu mərhələdə Rusiya təmsilçisinə uduzub.

Əlisəftər Məmmədli ilk mərhələdə Xorvatiya güləşçisinə qalib gəlib. Ancaq Əlisəftər növbəti görüşdə moldovalı həmkarıyla bacarmayıb.

Əli Fərmanov Ukrayna idmançısına məğlub olub.

Qeyd edək ki, medal qarşılaşmaları iyunun 18-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

48 kq
1/4 final - Məlik Əliyev - Melkamu Fetene (İSR) 9:0
1/2 final - Məlik Əliyev - Maksim Stupakeviç (BLR) 4:1
FİNAL - Məlik Əliyev - Damir Kalakutok (RUS)

55 kq
1/8 final - Nihad Məmmədli - Artyom Kolesnik (RUS) 3:1
1/4 final - Nihad Məmmədli - Seyitcan Beytekin (TUR) 8:0
1/2 final - Nihad Məmmədli - Varujan Antonyan (ARM) 4:0
FİNAL - Nihad Məmmədli - Qleb Makaranka (BLR)

65 kq
1/8 final - Xasay Həsənli - Atilla Toesmaqi (HUN) 12:1
1/4 final - Xasay Həsənli - Kristian Bosnyak (CRO) 10:0
1/2 final - Xasay Həsənli - İmran Baboçiyev (RUS) 0:5
Bürünc medal görüşü - Xasay Həsənli

80 kq
Təsnifat - Əlisəftər Məmmədli - Tomislav Brkan (CRO) 3:1
1/8 final - Əlisfətər Məmmədli - Qabriel Lupasko (MDA) 1:4

110 kq
Təsnifat - Əli Fərmanov - Mixaylo Vişnivetski (UKR) 1:7

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3077605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR