Tbilisidə Gürcüstanın dini müxtəlifliyini əks etdirən “Qadın hekayələri” adlı fotosərgi olub

Tbilisidə Gürcüstanın dini müxtəlifliyini əks etdirən “Qadın hekayələri” adlı fotosərgi olub
02:32 18 İyun 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə “Qadın hekayələri” adlı fotosərgi olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, NATO və Avropa İttifaqı İnformasiya Mərkəzində baş tutan sərgidə müxtəlif dini icmalara aid qadın tiplərinin əks olunduğu fotolar sərgilənib.
Tədbirin keçirilməsində məqsəd sərgi vasitəsilə Gürcüstanın dini və mədəni müxtəlifliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Sərgidə müxtəlif dini etiqada mənsub 10 qadının layihə üçün lentə alınmış müxtəlif fotoları nümayiş etdirilib. Onların arasında Marneuli rayonunun Dəmyə-Gorarxı kənd məktəbinin 57 yaşlı Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Səməndərin də fotosu yer alıb. Fotolarla bərabər qadınlar haqqında qısa hekayələr də sərgi ziyarətçilərinə təqdim olunub.
Sərgini milli azlıqların təmsil olunduğu QHT, dini icmaların nümayəndələri və gənclər ziyarət ediblər. 







Xəbərin orijinal ünvanı: https://report.az/sergiler/tbiliside-gurcustanin-dini-muxtelifliyini-eks-etdiren-fotosergi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR