İran nüvə silahının yayılmaması müqaviləsindən çıxa bilər

İran nüvə silahının yayılmaması müqaviləsindən çıxa bilər
07:22 18 İyun 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) iştirakçı ölkələri nüvə sazişinin qorunması üçün lazımi addımlar atmayacaqları təqdirdə, İran Nüvə Silahının Yayılmamasına dair Müqavilədən (NSYM) çıxmaq məsələsinə baxacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi parlamentin Atom məsələləri komitəsinin sədri Müctəba Zonnur deyib.
"BHFP-nin digər iştirakçı ölkələri lazımi tədbirlər görməyəcəkləri təqdirdə, biz nüvə sövdələşməsinə əlavə olan Əlavə protokolun icrasını dayandıracaq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığımıza yenidən baxacaq və Nüvə Silahının Yayılmaması Müqaviləsindən çıxmaq məsələsini nəzərdən keçirəcəyik", - deyə IRIB teleradio yayım korporasiyası onun sözlərini sitat gətirib.
M.Zonnur izah edib ki, burada söhbət nüvə sazişi çərçivəsində öz öhdəliklərini tam yerinə yetirməyən Avropa ölkələrindən gedir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-nuve-silahinin-yayilmamasi-muqavilesinden-cixa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR