İstanbul səhəri əməliyyatla açdı

İstanbul səhəri əməliyyatla açdı
10:36 18 İyun 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda səhər saatlarından başlayaraq polis tərəfindən xüsusi əməliyyata başlanılıb.

Trend-in məlumatına görə, narkotacirlərə qarşı təşkil olunmuş əməliyyata 200-dən çox polis əməkdaşının cəlb olunduğu bildirilir.

Məlumata görə, əməliyyat əvvəlcədən müəyyən olunmuş 10 ünvan üzrə keçirilir. Əməliyyat çərçivəsində 12 kiloqram narkotik vasitənin müsadirə olunuduğu deyilir.

Daha öncə ölkənin daxili işlər naziri Süleyman Soylu narkotik vasitənin dozadan artıq qəbul edilməsindən ölənlərin sayının getdikcə artdığını qeyd etmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3077667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR