İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır

İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır
11:22 18 İyun 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır.

Trend-in məlumatına görə, bunu “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ərazilərində insanların hüquqları davamlı olaraq pozulur: "Bizim əsas məqsədimiz 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır. Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün götürdüyü öhdəliklərə sadiq qalan ölkədir. Bu xüsusda ölkəmiz ilk könüllü hesabatını verib, iyulda isə növbəti hesabatını verəcək".

Q.İshaqzai bildirib ki, ombudsmanların insan hüquqlarının qorunmasında çox vacib rolu var. Ombudsmanlar vətəndaş cəmiyyəti və dövlət qurumları arasında körpü rolunu oynayır: "Ombudsmanların mandatı var ki, insan hüquqları ilə bağlı bütün məsələlərdə yaxından iştirak etsinlər. Əslində, müstəqil ombudsmanlar dayanıqlı inkişafın vacib indikatorlarıdır. Dayanıqlı İnkişaf Məqsədinə güclü, müstəqil ombudsman təsisatı olmadan nail olmaq olmaz".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3077765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR