Qaradağda mikroavtobus aşdı - 3 əcnəbi vətəndaş öldü

Qaradağda mikroavtobus aşdı - 3 əcnəbi vətəndaş öldü
12:43 18 İyun 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə veirlən məlumata görə, iyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurub və zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə “Toyota Prado”dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3077839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR