Tramp icazə verdi, İranın bu obyektləri bombalanacaq - Yəhudilər SENSASİON FAKTI AÇDI

Tramp icazə verdi, İranın bu obyektləri bombalanacaq - Yəhudilər SENSASİON FAKTI AÇDI
13:18 18 İyun 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqton İranın nüvə proqramı çərçivəsində fəaliyyət göstərən obyektlərinə taktiki hava bombardmanı təşkil etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu iddia BMT-nin adı açıqlanmayan bəzi qaynaqları tərəfindən səsləndirilib.

Yəhudi dilində fəaliyyət göstərən “Maariv” qəzetinə açıqlama verən mənbələr Ağ Evdə ali səlahiyyətli hərbi komandanlar, Müdafiə Nazirliyinin təmsilçiləri və prezident Donald Trampın məsləhətçiləri arasında cümə günündən etibarən İran mövzusu ilə bağlı müzakirə aparıldığını bildirib.

Xəbərə görə, ABŞ Oman körfəzində tankerlərə hücumdan məsuliyyətli hesab etdiyi İrana taktiki hücum hazırlığındadır. Qeyd olunur ki, ABŞ böyük bir bombardman edəcək, amma bu hücum bəlli bir hədəflə məhdudlaşacaq.

Mənbələrin informasiyasına görə, Donald Tramp İrana hücum etməkdə maraqlı və istəkli deyil. Lakin artıq səbri tükənib və bunun üçün hərəkətə keçmək istəyən dövlət katibi Mayk Pompeoya istədiyi şəraiti yaradacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/282177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR