Ağstafada 4 nəfərin güllələnərək öldürülməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

Ağstafada 4 nəfərin güllələnərək öldürülməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO
13:23 18 İyun 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Dünən səhər saatlarındaı Ağstafa rayonunda törədilmiş qətliamın görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, baku.ws saytı hadisəni törədən 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlunun kənd bazarında “Koloşnikov” markalı avtomatla necə atəş açmasını əks etdirən videonu yayımlayıb.

Həmin videonu təqdim edirik,

Qeyd edək ki, hadisə nəticəsində kənd sakinləri – 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb. Bazarda satıcı işləyən 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. İlkin araşdırma zamanı məlum olub ki, qisasın tarixi 12 il əvvələ gedib çıxır. 12 il əvvəl – 2007-ci ilin məhz iyun ayında Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olan rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruzla qonşuları, yəni Elnurun atası Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib.

Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz də orada vəfat edib. Taleh isə ağır vəziyyətdə olub.

Hadisədən dərhal sonra Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmiddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb.

Olay baş verən vaxt cəmi 12-13 yaşı olan Elnur atasının və əmisinin qatillərinin həbsxanadan çıxmasını gözləyib və dünən səhər saatlarında intiqam almaq məqsədi ilə dəhşətli cinayət törədib.

Hadisə zamanı Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənov yaralanıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/282184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR