Vergilər naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Vergilər naziri Zaqatalada vətəndaşları qəbul edəcək
14:57 18 İyun 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi, 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək. 
Bu barədə “Report”a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-naziri-zaqatalada-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR