"Orta Şərqə girmək bərbad fikir idi" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp "ABC News" kanalına açıqlama verərkən bildirib ki, "Əl-Qaidənin üzərinə götürdüyü 11 sentyabr hadisələri üçün İraqı hücum etmək axmaqlıq idi. Dünya Ticarət Mərkəzinə və Pentaqona hücum edən əslində İraq deyildi. Başqa aktyorlar var idi və məncə bunların kim olduğunu bilirəm".

Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "ABC News" kanalına açıqlama verərkən bildirib. O, ABŞ-ın Orta Şərqdəki hərbi fəaliyyətini tənqid edib və bildirib ki, bu ölkənin tarixində verilən ən pis qərar idi. Orta Şərqi bataqlıq adlandıran Tramp həmçinin bunları qeyd edib:

"Orta Şərqə girmək bərbad fikir idi. Təxminən 8 trilyon dollar xərclədik. İndi də məktəb, yol, avtoyol və ya hər hansı bir şey etsək hər kəs pulun davasını edəcək".

Qeyd edək ki, Tramp daha öncə də 11 sentyabr hadisələri ilə bağlı açıqlama vermişdi. Prezident seçkilərinə namizədlik nitqində o, keçmiş ABŞ prezidentləri Klinton və Corc Buşu fürsətləri varkən Üsamə bin Ladeni öldürməməkdə günahlandırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR