23 il qarnında bununla yaşadı - Dəhşət!

Rusiyada baş verən qəribə bir hadisə görənləri təəccübləndirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 62 yaşlı Ezeta Gobeeva1996-cı ildə keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Doğum yaraları sağaldıqdan sonra qadının kabus dolu günləri başlayıb. Şidddətli ağrılar çəkən və qara ciyərində ağırlaşmalar yaranan qadının 23 il boyunca getmədiyi həkim qalmayıb.

23 ildən sonra qadının illərdir bitməyən sağlamlıq problemlərinin səbəbi Rusiyada bir xəstəxanada ortaya çıxıb. Qadının qarnında 23 il əvvəl doğumda 15 santimetr uzunluqda bir qayçının qaldığı məlum olub.

İllərlə davam edən ağrıların səbəbini öyrənən qadın göz yaşlarına boğulub. Qayçı əməliyyatla qadının qarnından çıxarılıb.

Səhiyyə nazirliyi isə mövzu ilə bağlı araşdırma başladıb.

hobs

ablası

https://metbuat.az/news/1209600/pakistanli-nazirin-pisik-qulaqlari-sosial-mediada.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR