Qurban Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"

Qurban Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"
17:27 18 İyun 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub.

Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR