Bulqakovun məşhur əsəri Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq

Bulqakovun məşhur əsəri Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq
17:33 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

Gənc teatr sənətçiləri tərəfindən yaradılmış “TƏK (TeatrƏdəbiyyatKino)” Yaradıcılıq Platforması ilk tamaşası ilə teatr sevənlərin görüşünə gəlməyə hazırlaşır.

Publika.az xəbər verir ki, gənclərin teatr platfotmasının hazırladığı “İt ürəyi” tamaşası 19 iyun saat 19 00-da Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində nümayiş olunacaq.

Mixail Bulqakovun eyni adlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, bədii rəhbəri isə teatrşünas Dağlar Yusifdir.

Tamaşada aktyorlar Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə ifa edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/282202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR