Ərə getməyə hazırlaşan Samirə: El-oba getsin özünü qınasın - FOTO

Ərə getməyə hazırlaşan Samirə: El-oba getsin özünü qınasın - FOTO
18:05 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

Mənim boyda oğlun var, ərə gedəssən? Ana utanmasa da balalar utanar. Bu yaşında, bu başında ərə gedəssən sən? Sənin bu dəqiqə nəvə oynadan vaxtındır. El-oba qınayar sizi.

Milli.Az xəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda ailə quracağı deyilən meyxanaçı-müğənni Samirə Yusifqızına ünvanlayıb.

Nəvə sahibi olan xanım sənətçi Zaurun qınağını yersiz adlandırıb. Samirə qərarını belə izah edib:

"Nə danışırsan, niyə? Hə, nə olar? Qadın ailə qurmalı deyil? Nəvəni oynatmışıq, bəsdir. İndi özü oynayır. El-oba getsin özünü qınasın. Bizim şou-biznesdə guya yaşlı vaxtında ərə gedən yoxdur? Bir neçə beləsi var. 

Mən amma ər hayında deyiləm. Ər özü mənim hayımdadır (gülür). Nə olub, ay Zaur? Qocalmışıq, qarımışıq? Burada nə var ki?!" 

Qeyd edək ki, Samirənin iki - bir qız, bir oğlan övladı var. Sənətçinin nəvələri də var.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/764144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR