Məşhur müğənni iki günlük ərindən BOŞANDI - AĞLAGƏLMƏZ SƏBƏB

Məşhur müğənni iki günlük ərindən BOŞANDI - AĞLAGƏLMƏZ SƏBƏB
18:18 18 İyun 2019
Ölkə mətbuatı
A- A+

İkillik sevgilisi Murat Akıncı ilə iki gün əvvəl evlənən türkiyəli müğənni Zerrin Özer boşanmağa qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni prodüseri vasitəsilə açıqlama yayıb:

“Hörmətli media mənsubları, 16 iyun bazar günü evlənən Zerrin Özer və Murat Akıncı haqqında iki gündür çıxan xəbərlər evlilik birliyini təməldən sarsıb. Zerrin Özer az öncə mənə boşanma qərarını açıqlayıb. Lazımi hüquqi proses tərəfimizdən başladılıb”.

Xatırladaq ki, dünən “Kanal D”də yayımlanan “2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muradın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini idda etmişdi. Bu gün isə Murad Akıncanın Adnan Oktarın kedicikləri ilə fotoları yayılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/282215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR