“Azərsu” ASC- nin sədr müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul edib

“Azərsu” ASC- nin sədr müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul edib
18:47 18 İyun 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edib.
“Azərsu”dan “Report”a verilən məlumata görə, iyunun 17-də Cəmiyyət sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb. İyunun 18-də sədr müavini Etibar Məmmədovun Şabran şəhərində keçirdiyi qəbulda isə Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Xaçmaz Sukanal Sahəsinin inzibati binasında və Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbullarda Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/xacmaz-sabran-ve-siyezenden-olan-39-vetendasin-muracietine-baxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR