“Qarabağ”ın rəqibi məlumdur

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib.

Ölkəmizi turnirdə təmsil edəcək “Qarabağ” klubunun rəqibi məlum olub. Belə ki, birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Albaniyanın "Partizani" klubu olacaq. İlk oyun səfərdə nəzərdə tutulub.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR