"Speranta” adi komanda deyil" - Roberto Bordin

"Speranta” adi komanda deyil" -  Roberto Bordin
21:42 18 İyun 2019
141 İdman
Ölkə mətbuatı
A- A+

"Speranta" adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik".
 
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Moldova klubunun asan rəqib olmadığını bildirib: "Təbii ki, Moldova çempionatını, "Speranta"nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odur ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq".

Qeyd edək ki, "Neftçi" və "Speranta" arasında ilk oyun iyulun 11-i "Bakcell Arena"da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR