Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq

Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq
00:55 19 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.

Trend-in məlumatına görə, ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur. Gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək.

Saat 20:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3078080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR