Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub

Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub
08:42 19 İyun 2019
38 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Şensi vilayətində dağ uçqunu baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub.

Məlumata əsasən, uçqun Nintsyan qəzasında baş verib. Axşam üç nəfərin xilas edilməsinə baxmayaraq, onlardan biri xəstəxanada, digər iki nəfər isə xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Bu gün səhər daha iki nəfərin meyiti tapılıb. Uçqunun səbəbi araşdırılır, onun fəsadlarının aradan qaldırması istiqamətində işlər gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR