İlham Əliyevdən sosial sahədə növbəti İNQİLABİ ADDIM

İlham Əliyevdən sosial sahədə növbəti İNQİLABİ ADDIM
08:48 19 İyun 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər. Prezident İlham Əliyev islahatlarla başladığı inqilabı davam etdirir.

Dövlət başçısının iyunun 18-də ümumilikdə 2 milyondan çox insanın əmək haqqının əhəmiyyətli artımı ilə nəticələnən sərəncamları gündəmin əsas müzakirə mövzusu oldu. Və burada ən diqqət çəkən məqam 2019-cu ildə şəxsən dövlət başçısının təqdim etdiyi sosial paket çərçivəsində atılan addımları özündə birləşdirən sosial inqilabın yeni mərhələsinin başlanmasıdır.

Sosial inqilabın ilk mərhələsi: 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi; Şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata qədər artırıldı; Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlərin 220 manatdan 300 manata qədər artırıldı; Minimum əmək haqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi; Minimum əmək pensiyaları 38 faiz artırıldı və 160 manata qaldırıldı; Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi; Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı; Problemli kreditlər məsələsi xalqın maraqlarına uyğun həll edildi;

Sosial inqilabın növbəti mərhələsi: Prezidentin dünən imzaladığı sərəncamlar nəticəsində 2 milyondan artıq vətəndaşın sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdı.

a) Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı;

b) Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı;

c) Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırıldı;

ç) Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı;

d) Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı;

Sərəncamda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi üçün dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə göstəriş verilib və tezliklə vətəndaşlar öz həyatlarında bu addımların müsbət təsirini görəcəklər.

Hər kəsin yararlanacağı qərar və son 6 ayda baş verənlər

Dövlət başçısının minimum əməkhaqqı məbləğini 40 faizə yaxın artıraraq, 250 manata çatdırması ilə özəl sektorda çalışan 350 min vətəndaş, o cümlədən, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqısı artacaq.

Müəllimlər, dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanı əməkdaşları və digər xüsusi rütbəli şəxslər, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artacaq.

Prezident İlham Əliyev ilin əvvəlində bəyan etmişdi ki, “sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq”. Son 6 ayda dövlət başçısı vətəndaşların rifahının yüksəldilməsi üçün iki əhəmiyyəti addım atdı. İlin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. İlin ortasında dövlət başçısı müvafiq sərəncamlarla daha 2 milyon insanın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım atdı. Bu, ümumilikdə 5 milyona yaxın vətəndaş deməkdir və əhalinin sayına nisbətdə bu sosialyönümlü addımlar yaşından asılı olmayaraq, bütün vətəndaşları əhatə edir.

İlk mərhələdə atılan addımlar qlobal iqtisadiyatda yaşanan neqativ meyllərin ölkə əhalisinin sosial təminatına mənfi təsiri minimallaşdırdı. İkinci mərhələdə birbaşa əhalinin gəlirlərinin artırılmasına hesablanan qərarlar verildi.

Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır.

Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi inqilabi islahatlar bu tezisin dövlət siyasətində əsas prioritet olduğunu təsdiqləyir.

Sosial sahədə növbəti inqilabi addımların nəticələri:

- Əhalinin gəlirləri artacaq, vətəndaşların əmək haqları həm gündəlik təlabatlarını qarşılamağa, həm də əlavə yığıma imkan verəcək.
- Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir edəcək ki, bu da iqtisadi aktivliyin daha da artmasına öz töhfəsini verəcəkdir.
- Dövlət-vətəndaş etimad mühiti daha da dərinləşəcək.
- Azərbaycan dövləti daha da güclənəcək, çünki xalqı yaxşı yaşayan dövlət ən güclü dövlətdir.


Heydər Əliyevin gözəl bir sözü var: Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.

Prezident İlham Əliyev həyata keçirdiyi sosial inqilabla məhz dövlətin xalq üçün var olduğunu, gücünü xalqdan aldığını, Azərbaycan xalqının rifahının hər şeydən üstün olduğunu təsdiqlədi.

Təsdiqlədi ki, həyata keçirilən sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşı, onun sosial təminatı və rifahı dayanır.

Həyata keçirilən siyasət sosial inqilabın yeni mərhələlərinin davam edəcəyini və xalqın rifahının yüksəldilməsi istiqamətində genişmiqyaslı islahatların mütəmadi olaraq aparılacağını deməyə əsas verir. Çünki bu ölkədə dövlət xalq üçündür...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/282257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR