Holland futbolçu iyunun 28-də dünyadan köçəcək

Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.

Metbuat.az xəbər verir ki, iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündü. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək".

Qeyd edək ki, 2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Riksenin çəkisi son dövrlərdə 38 kiloya qədər düşüb. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxanlar əksər hallarda 5 il ərzində həyatlarını itirir. 42 yaşlı veteran futbolçu karyerası ərzində Hollandiyanın "Fortuna", "Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Hollandiya millisində 12 oyun keçirib. (milli.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR