ABŞ-a yan alan gəmidə 16 ton kokain tapıldı - 1 milyard dəyərində

ABŞ-ın Pensilvaniya əyalətində "Paker Marine Terminal" limanına yan alan bir karqo gəmisində ümumilikdə 7 konteynerdə 16,5 ton kokain tapılıb.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pensilvaniya Əyaləti Şərq Bölgə Məhkəməsi açıqlama yayıb. Açıqlamada bildirilib ki, bazar dəyəri 1 milyard dollar olan bu kokain bu günə qədər ələ keçirilmiş ən yüksək dəyərli narkotik maddədir.

"Mediterranean Shipping Company" firmasına aid olan "Gayane" adlı gəminin ABŞ-a gəlmədən öncə Baham adalarında, ondan öncə də Çili və Panamada olduğu, Filedelfiyadan sonra Hollandiya və Fransaya gedəcəyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR