Güclü yağış Tbilisidə fəsadlar törədib

Güclü yağış Tbilisidə fəsadlar törədib
09:37 19 İyun 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən yağan güclü yağış şəhərdə bir sıra fəsadlar törədib.
“Report”un yerli bürosu xəbər verir ki, qeyri-sabit hava şəraitinin yaratdığı problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə paytaxt sakinlərindən 60-dan çox müraciət daxil olub.
Aramsız yağış nəticəsində Tbilisidə bir neçə yaşayış binalarının birinci mərtəbələrini və yeraltı parkinq yerlərini su basıb. Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyi və kommunal xidmətlərin əməkdaşları yağışın səbəb olduğu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.
Gürcüstanda güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraitinin iyunun 21-nə qədər davam edəcəyi gözlənilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/guclu-yagis-tbiliside-fesadlar-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR