Əmlak Məsələləri Dövlət Komitəsi bölgələrdə növbəti vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 29 iyun tarixinə keçirilmişdir.

Metbuat.az məlumat verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 iyun 2019-cu il tarixində Şabran rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzindəkeçiriləcək. Həmin gün Komitənin sədr müavinləri Rafiq Cəlilov Xızı rayonunda, Rüstəm Şahbazov isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcəklər. Komitə sədrinin müavinlərinin qəbulu saat 10:00-da müvafiq olaraq Xızı və Siyəzənşəhərlərindəyerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcəkdir.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR