Sel 7 nəfəri apardı

Sel 7 nəfəri apardı
11:57 19 İyun 2019
55 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yağışların Ağrı vilayətində yaratdığı sel nəticəsində 7 nəfər itkin düşüb. Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı isə 5 nəfər çatıb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Məlumata görə, sel yol və kənd təsərrüfatına da ciddi ziyan vurub.

Qeyd edək ki, sonuncu dəfə Ankarada aramsız yağan yağışlar nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR