Göldə çimənlər zəhərləndilər: 27 nəfər xəstəxanaya düşdü

Göldə çimənlər zəhərləndilər: 27 nəfər xəstəxanaya düşdü
12:05 19 İyun 2019
103 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən bildiriblər. Məlumata görə, hadisə Luqansk rayonunda Pesocni gölündə baş verib.

Bildirilir ki, kəskin qastroenterokolit diaqnozu ilə 22 uşaq olmaqla 27 nəfər tibb müəssisəsinə yerləşdirilib. Onların Pesoçnı gölündə "Malibu" çimərliyində istirahət etdikləri məlum olub.

Tibb müəssisəsinə müraciət edənlər hamısı göldə çimdikdən sonra özlərini yaxşı hiss etmədiklərini bildiriblər.

Hazırda polis faktla bağlı araşdırmaya başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR