İmamoğlunun adı daha bir qalmaqala qarışdı - FOTO

İmamoğlunun adı daha bir qalmaqala qarışdı - FOTO
12:22 19 İyun 2019
90 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun bələdiyyə sədrliyinə CHP-dən namizəd Əkrəm İmamoğlunun AKP namizədi Binəli Yıldırımla ortaq canlı yayımdan əvvəl proqramın moderatoru İsmayıl Küçükkaya ilə görüşməsinə dair iddia irəli sürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddianı jurnalist Nagehan Alçı "Habertürk TV"də yayımlanan proqramların birində səsləndirib.

"Etibar etdiyim iki qaynaqdan mesaj almışam. Ortaq yayından bir-iki gün öncə Küçükkayanın İmamoğlu ilə görüşüb qarşılıqlı olaraq bu yayınla bağlı təxminən 1 saat danışıqlar apardığı və bunu da görənlərin olduğu iddia olunur. Doğru və ya yanlış olduğunu bilmirəm. Bu, çox önəmli iddiadır", - o bildirib. 

Alçının sözlərindən sonra Küçükkaya verilişə bağlanaraq AKP-nin vitse-prezidenti Mahir Ünal və CHP-nin vitse-prezidenti Engin Altay ilə bir araya gəldiyini, hər iki şəxsin təklifi əsasında İmamoğlu ilə üzbəüz, Yıldırımla telefon əlaqəsi saxladığını açıqlayıb:

"Altay və Ünal ilə hotellərin birində 1,5-2 saat danışdıq. Mənə prosesi izah etdilər. Altay və Ünal "Hər iki namizədlə görüşün. Çox ağır müddətdir" dedilər, mən də "tamam" dedim. Onlara formatı başa salmaq və gözləntilərini öyrənmək istədim. Binəli Yıldırımın ən yaxın məsləhətçisi ilə görüşdüm. Sonra Yıldırımla telefonla danışdım".

Aparıcı İmamoğlu ilə görüşünə dair belə açıqlama verib: "Əkrəm bəy mətbuat konfransından gəlmişdi. Ona "Yıldırım ilə danışdım, məsləhətçisi ilə də görüşdüm. Buraya sizi məlumatlandırmaq üçün gəlmişəm. Yıldırım çıxışlarda heç bir məhdudiyyət istəmədiyini söylədi" dedim. İddia edirlər ki, bizim görüşümüz 45 dəqiqə davam edib. Bu, yalandır. İmamoğlu ilə görüşüm 3-4 dəqiqə çəkdi. Hətta, daha sonra Yıldırım ilə ikinci dəfə telefonla əlaqə saxladım".

Nagehan Alçının qalmaqallı açıqlamasından sonra Binəli Yıldırım bərabərlilik hüququnun pozulduğunu əsas gətirərək narazılığını ifadə edib:

"Əkrəm bəyin bütün Türkiyənin gözlədiyi ortaq yayımdan əvvəl otellərin birində İsmayıl bəylə üz-üzə görüşüb-danışması etika baxımdan düzgün deyil. Bunu ictimaiyyətdən gizləmək isə başqa bir fəlakətdir. Madam ki, ikimiz də namizədik İsmayıl Küçükkaya ikimizlə də görüşməli idi. Mənə sadəcə telefon zəngi etdi və verilişlə bağlı uğurlar arzuladıq. Başqa heç nə danışmadıq. Namizədlərdən biri ilə üz-üzə görüşüb bunu digər namizəddən gizləməyin nə demək olduğunu ictimaiyyətin öhdəsinə buraxıram. Rəqibimə - Əkrəm İmamoğluna buradan səslənirəm: Bu görüşü ictimaiyyətdən niyə gizlədiniz?"

Sözügedən hotel görüşünün görüntüləri də yayılıb. Görüntülərdə İsmail Küçükkayanın hotelə daxil olması və bəzi səlahiyyətli şəxslərlə görüşdüyü görünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/764292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR