İndoneziyada paytaxtın köçürülməsinə 2021-ci ildən başlanılacaq

İndoneziyada paytaxtın köçürülməsinə 2021-ci ildən başlanılacaq
12:52 19 İyun 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziya hökuməti ölkə paytaxtının Cakartadan köçürülməsinə 2021-ci ildən başlayacaq.
"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın İnkişafı Planlaşdırma naziri Bambanq Broconeqoro məlumat verib.
"Ümid edirik ki, paytaxtın köçürülməsi prosesi tədricən həyata keçiriləcək və yeni paytaxt 2024-cü ildən tam istifadəyə veriləcək", - nazir deyib.
Onun sözlərinə görə, yeni paytaxt Kalimantan adasında yerləşəcək. Layihə üçün nəzərdə tutulan vəsaitlər 2020-ci ilin büdcəsində nəzərə alınacaq, inşaat işləri İndoneziya hökumətinə 32,5 milyard dollardan çox vəsaitə başa gələ bilər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-paytaxtin-kocurulmesine-2021-ci-ilden-baslanilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR