Ansi Aqolli "Qarabağ"ın rəqibindən danışdı: "Bu turnirdə qol buraxsan..."

Ansi Aqolli "Qarabağ"ın rəqibindən danışdı: "Bu turnirdə qol buraxsan..."
12:53 19 İyun 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

“Məntiqlə Çempionlar Liqası və Avropa Liqasında iştirak etmiş "Qarabağ" bu turnir üçün təcrübəli komandadır və "Partizani"dən üstün hesab edirəm”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq albaniyalı futbolçusu Ansi Aqolli deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) cütündən danışan Aqolli bildirib ki, futbolda hər şey açıqdır və hər zaman şans var: “Şansın nə qədər olduğu meydanda görünəcək. Bu, komandanın mübarizəsindən asılı olacaq. Sıfır səhv ilə iki mükəmməl oyun keçirməlidir. Bu turnirdə bir qol buraxsan, bunu sığortalamaq çətin olur. “Qarabağ”a qarşı iki mükəmməl matç kifayətdir”.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da forma geyinib. Hazırda isə ABŞ-ın “Nyu-York Kosmos” klubunda karyerasını davam etdirir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/282293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR