“Qurban atam kimidir, Rəşad qardaşımdır”

“Qurban atam kimidir, Rəşad qardaşımdır”
13:05 19 İyun 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbolda hər şey mümkündür. Məntiqlə düşünsək, iki komandanın da növbəti mərhələyə adlamaq üçün şansı var. Hər şey meydanda həll olunacaq.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında "Qarabağ"ın sabiq albaniyalı futbolçusu Ansi Aqolli deyib.

Təcrübəli müdafiəçi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın Albaniyanın "Partizani" klubuna rəqib olmasından danışıb. O, Azərbaycan təmsilçisinin təcrübə baxımından üstün olduğunu bildirib: "Amma "Qarabağ" Avropa təcrübəsinə sahibdir. Bu baxımdan Azərbaycan klubunu üstün görmək olar. Sabiq komandam Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. "Partizani" pis komanda deyil, lakin heyətinin əksəriyyəti gənc oyunçulardır. Onlar son ildə çempion oldular. Məntiqi cəhətdən "Qarabağ" daha şanslıdır".

Aqolli Tirana klubunun heyətinin son illərdə dəyişdiyindən danışıb: "Son illərdə onların heyəti çox dəyişib. 2016/2017-ci il Avropa Liqasının pley-off-unda oynayan komandadan yalnız bir neçə oyunçu qalıb. Son mövsüm yeni oyunçularla çox yaxşı çıxış etdilər. Xüsusən heyətindəki vingerlər diqqət çəkir".

Ansi hansı komandanı dəstəkləyəcəyi barədə suala da cavab verib: ""Partizani" mənim ölkəmin komandasıdır. Məni bu kluba bağlayan sadəcə Albaniya və Tirananı təmsil etməsidir. "Qarabağ" isə mənim həyatımdır. Bütün karyeram ora bağlıdır. Qurban Qurbanov mənim atam kimidir. Rəşad Sadıqov isə qardaşımdır. Biz onlarla yaxşı və pis günlər yaşadıq. Birlikdə ağır və xoş günlərimiz oldu. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda mənim ailəmdir. Bütün "Qarabağ" mənim sevimli dostlarımdır. Əlbəttə ki, "Qarabağ"ın uğurlarını istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/764267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR