Hüceyrələrin içində gəzmək mümkün olacaq - Alimlərdən möhtəşəm ixtira

Normal mikroskoplar hüceyrələri sadəcə 2 ölçülü göstərə bilir. Karnegie Mellon Universiteti və Virciniya Mason Xəstəxanası birikdə araşdırmalar apararaq, hüceyrələrin 3 ölçülü görüntülənməsinə şərait yaradacaq texnologiya yaradıblar.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, hüceyrələrin 2 ölçülü görüntülənməsi ilə alınan məlumatlar tibb elmini müəyyən yerə qədər gətirsə də, daha detallı araşdırmalar üçün 3 ölçülü görüntü lazımdır.

Araşdırma aparan alimlər hüceyrələrin içində gəzəbilmələrinə imkan yaradacaq bir texnologiya yaradıblar. Heyət üzvləri virtual gerçəklik və nəsnələri 100 dəfədən çox böyüdə biləcək bir mikroskopu birləşdirərək çox çətin bir araşdırmanın aparılmasına şərait yaradacaqlar. Hüceyrələr çəkiləcək, adlandırılacaq və seçildikdən sonra xüsusi bir texnika ilə 2 ölçülü formadan 3 ölçülü formaya daşınacaqlar. Bu texnologiya ilə eyni anda 6 nəfər bu 3 ölçülü vitrual aləmə daxil olaraq araşdırma apara biləcəklər.

Bu araşdırma tibb üçün çox önəmli olacaq. Araşdırma heyəti tərəfindən 'ExMicroVR' adlandırılan alətin xəstəliklərin araşdırılmasında istifadə ediləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR